"Sumqayıt" "Rəvan"ı darmadağın, "Neftçi" və "Bakı" məğlub etdi

Texniki direktor Frank Bernhardtın rəhbərliyi ilə "Sumqayıt" Futbol Klubunun akademiyası yeni mövsümə hazırlıq məqsədi ilə yoxlama oyunları keçirməkdədir.

Newsport.az saytının məlumatına görə, U-17 komandası səfərdə "Rəvan" üzərində 7:0 hesablı qələbə qazanıb. Komandadan qolları Samir Mehdizadə (2), Elmin Bayramov (2), Murad Məmmədxanov, Orxan Quliyev, İbrahim Abdullayev.

U-15 komandası "Rəvan"la Sumqayıtda üz-üzə gəlib və qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Komandanından qolları İlkin Həbibzadə (2) və Cavaşir Qafarzadə vurub.

U-13 komandası səfərdə "Neftçi"ni minimal hesabla üstələyib. Yeganə qolun müəllifi Samir Məhərrəmli olub.

U-14 komandası isə "Bakı"nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qolların müəllifi Səbuhi Abdullazadə və Orxan Məmmədov (2) olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right