AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandası ilə görüş keçirib.
Newsport.az saytının məlumatına görə, Rövnəq Abdullayev sentyabrın 9-da Avro-2016-nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xatırladaq ki, sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə Avro-2016-nın seçmə oyununu keçirəcək Azərbaycan millisi sentyabrın 5-dən etibarən Bakıda təlim-məşq toplanışındadır.