Vüqar Nadirov:Biz ora uduzmağa getməmişdik

"Rusiya ilə oyunda nəticə qazanmaq vacib idi. Biz ora uduzmağa getməmişdik. Ancaq heyətimizdə müəyyən dəyişiklik var idi ki, bu da istədiyimiz oyunu nümayiş etdirməyə imkan vermədi”.

Newsport.az  Qol.Az saytına istinaden xeber veriri ki, bu sözləri milli komandamızın üzvü Vüqar Nadirov yığmamızın Rusiya ilə keçirdiyi yoldaşlıq oyunu (0:4) haqda danışarkən deyib.

“Qarabağ” klubunun hücumçusu acınacaqlı məğlubiyyəti heyətdə olan dəyişikliklərlə bağlayıb: “Baş məşqçimiz əsas heyət üzvlərini qorudu. Onların zədələnməsini istəmədi. İstər-istəməz yoldaşlıq oyununda motivasiya da kifayət qədər olmur. Məncə, baş məşqçimiz Bolqarıstanla oyunu daha çox düşündüyü üçün müəyyən üstün cəhətlərimizdən istifadə etmədi”.

Nadirov sentyabrın 9-da millimizin “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Bakıda Bolqarıstan yığması ilə qarşılaşacağı oyun haqda da danışıb. O qeyd edib ki, Rusiyaya məğlubiyyət Bolqarıstanla oyunöncəsi komandamızda heç bir psixoloji gərginlik yaratmayıb: "Bu, seçmə mərhələdə ilk oyunumuz olacaq. Əvvəldən necə başlasaq, elə də davam edəcəyik. Çalışacağıq ki, qələbə qazanıb, xalqımızı sevindirək. İndi bizi tənqid edirlər. Bolqarıstana qalib gəlsək, həm azarkeşlərin, həm də mətbuatın bizə münasibəti başqa cür olacaq. Hər kəs millimizə inanmalıdır. Əminəm ki, Bolqarıstana qarşı tam fərqli oyun nümayiş etdirəcəyik".

Nadirov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib: "Rəqiblərimizin üçü də hər kəsə yaxşı məlumdur. İtaliya “İnter”i dünyada tanınan güclü komandadır. “Sent Etyen” və “Dnepr” isə hər zaman öz çempionatlarında sözünü deyən, səviyyəli klublardır. Qrup mərhələsinə çıxan komandaların hamısı yüksək səviyyəli olur. Biz də qrupdayıqsa, rəqiblərimizlə mübarizə aparmaq üçün kifayət qədər gücümüz var. Heç kimdən çəkinmirik. Bizim də öz futbol fəlsəfəmiz var”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right