Millimiz Moldovanı darmadağın etdi

 

Moldovada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz ikinci yoldaşlıq oyununu keçirib.

 

Newsport.az saytının məlumatına görə, “Zimbru”nun əvəzedici komandasının Kişinyovdakı stadionunda keçirilən görüşdə Siyasət Əsgərovun yetirmələri yenə moldovalı həmyaşıdları ilə qarşılaşıb.

 

Millimiz yenə böyük hesabla rəqibinə qalib gəlib – 4:0. Komandamızdan qolları Roza Quliyeva (33), Manə Mollayeva (43, 44) və Mərvə Özdəmir (49) vurub. Moldovadan olan baş hakim Radu Tobultok hər iki komandadan 1 futbolçunu meydandan qovub. Karolina Tsabur və Roza Quliyeva dalaşdıqları üçün 50-ci dəqiqədə qırmızı vərəqə alıblar.

 

Qeyd edək ki, sentyabrın 7-dək Moldovada toplanışda olacaq millimiz 2 gün əvvəl bu rəqibini 5:2 hesabı ilə məğlub etmişdi. Onda da Mollayeva dubl etmiş və Quliyeva 1 top vurmuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right