Elxan Məmmədov: "Əslində isə UEFA-nın təqvimində olan oyun təxirə salına bilməz".

AFFA Azərbaycan millisi komandasının Xorvatiya yığması ilə keçirəcəyi 2016-cı il Avropa çempionatının seçmə qrup matçının təxirə salınması üçün UEFA-ya müraciət etməyəcək.

Newsport.az saytınin verdiyi məlumata görə, bu barədə jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov bildirib.

O bildirib ki, millimizin baş məşqçisi Berti Foqts "Xorvatiya ilə görüşün təxirə salınmasını xahiş edəcəyik" sözlərini zarafatca deyib: "Əslində isə UEFA-nın təqvimində olan oyun təxirə salına bilməz". 

Qeyd edək ki, millimiz oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya ilə üz-üzə gələcək. Qrupun iki favoriti ilə oyunlar arasında cəmi 3 günlük fərqin olması Berti Foqtsu bu açıqlamaya vadar edib. Amma əslində Foqts "Qarabağ" və "Neftçi"nin Avropa Liqasındakı oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı oyunlarının təxirə salınmasından narazılığını çatdırmaq istəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right