“Millimizdən nə gördüm ki, nə də danışam?” MÜSAHİBƏ

 Yunis Hüseynovun apasport.az saytına müsahibə verib

 

Newsport.az saytı həmən  müsahibəni teqdim edir

 

- Yığmamızın Moskvada Rusiyaya 0:4 hesabı ilə uduzduğu oyunla bağlı nə deyə bilərsiniz?

- Millimizdən nə gördüm ki, nə də danışam? Komanda həddindən artıq zəif oynadı, bütün mövqelərdə bərbad çıxış etdi.

 

- Millinin baş məşqçisi Berti Foqtsun meydana buraxdığı heyəti əvvəlcədən gözləyirdiniz?

- Mən fərqli heyət gözləyirdim. Foqts isə demək olar meydana  7 müdafiəçi buraxmışdı. Belə nəsə münasibət bildirmək istəmirəm. Baş məşqçinin öz qərarıdır və yəqin ki, bu heyətə güvənib onlara şans vermişdi. Bu da özünü doğrultmadı. Start heyətini görəndə bildim ki, komandamız heç-heç üçün oynayacaq. Əsas məqsədləri qol buraxmamaq idi.  

 

- Yığmamızın heyətində çıxış edən milliləşdirilmiş futbolçular ümidləri doğrultdu?

- Həmişə milliləşdirilmənin əleyhinə olmuşam. Buna heç vaxt doğru addım kimi baxmamışam. Yalnız yerli futbolçularla oynasaydıq da, yenə 0:4 hesabı ilə uduza bilərdik. Yəni, legionerlərə ehtiyac yox idi. Nəyimiz var, onunla oynamalıyıq. Demirəm ki, azərbaycanlı futbolçular milli komandaya gələndən sonra biz rəqiblərə qalib gələcəyik, ardıcıl qələbə qazanacağıq. Amma gələcəkdə onlar təcrübə toplayacaqlar və komanda yaxşı oyun göstərəcək. İndi isə Berti Foqts nəticə qazanmaq üçün bəzi futbolçuları milliləşdirir. Amma görünən odur ki, bunun bir xeyri yoxdur. Gərək reallıqla razılaşasan. Ola bilər ki, azərbaycanlı futbolçularla bütün oyunlarda uduzaq. Sadəcə, bunun 5-6 ildən sonra mütləq faydası olacaq.

 

- Rusiya yığması 4 qoldan üçünü başla vurdu...

- Bu müdafiəçilərin kobud səhvlərinin nəticəsi idi. Birinci növbədə imkan vermək lazım deyildi ki, rəqib cinahlardan belə ötürmələr versin. Cərimə meydançamızda da müdafiəçilərimiz kobud mövqe səhvlərinə yol verdilər.

 

- Bu heyətlə AVRO-2016-nın seçmə mərhələsində uğur qazanmaq olar?

- Bu heyətlə yox. Amma Foqts seçmə mərhələ üçün mütləq başqa heyət hazırlayacaq. Həm də futbolçularımız nəticələrinin çoxunu doğma meydanda qazanırlar. Onlar evdə bir az inamlı çıxış edirlər. Yığmamız sentyabrın 9-da seçmə mərhələdə Bolqarıstanla oynayacaq. Düşünürəm ki, millimiz fərqli çıxış edəcək. Doğma azarkeşlər önündə fərqli olacaq.

 

- Bolqarıstanla müqayisədə Rusiya daha güclü idi. Seçmə mərhələ oyununda millimizdən fərqli nə görə bilərik?

- Bolqarıstan əlbəttə ki, Rusiyadan zəifdir. Onlar  Bakıya istirahət eləməyə gəlməyəcəklər. Həmçinin mən demirəm  ki, millimiz 100 faiz nəticə qazanacaq. Sadəcə, düşünürəm ki, fərqli oyun göstərəcəklər. Seçmə mərhələnin ilk oyunudur, xal lazımdır. Həm də futbolçulara mükafata ayrılacaq və onlar da mükafat üçün var gücləri ilə oynayacaqlar.

 

- Millimizin baş məşqçisi və futbolçuları açıqlamalarında bildiriblər ki, AVRO-2016-nın seçmə mərhələsində 3-cü yer uğrunda mübarizə apara bilərik. Bu fikirlə razılaşırsınız?

- Reallıqla danışsaq, bu mümkün deyil. Mübarizə apara bilərik, xallar qazana bilərik, amma 3-cü yer tuta bilmərik. Qrupdakı komandalara baxıb həqiqəti danışmaq lazımdır.

 

Elsevər MƏMMƏDOV 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right