“Bakılı” klubu 4 futbolçusunun Azərbaycan çimərlik futbolu üzrə milli komandasının heyətində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edərək “Bakılı” – “Rəvan” və “Turan T” – “Bakılı” görüşlərinin başqa tarixə keçirilməsini xahiş etmişdir.
Newsport.az saytının məlumatına görə, yuxarıda qeyd olunanlar və yarışların əsasnaməsinin 3.16 bəndi nəzərə alınaraq I Divizionda I turun “Bakılı” – “Rəvan” matçı 6 sentyabr tarixindən 29 sentyabr tarixinə, II turun “Turan T” – “Bakılı” matçı isə 11 sentyabr tarixindən 6 oktyabr tarixinə keçirilib.
Qeyd edək ki, "Bakılı"nın oyunun təxirə salınacağını dünən ÖZƏL olaraq diqqətinizə çatdırmışdıq.