Avropa Liqasının qrup mərhələsinin “Dnepr” - "Qarabağ" matçının keçiriləcəyi stadion rəsmən müəyyənləşib.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşma Kiyevin "Olimpiyski" stadionunda oynanılacaq.
Qeyd edək ki, "Avro-2012"nin final matçı da "Olimpiyski" stadionunda keçirilib.
Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə səfər oyunu oktyabrın 23-ü, Bakıdakı görüş isə noyabrın 6-ı keçiriləcək.