Süleymanov getdi, vitse-prezident o oldu

Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.

Newsport.az-ın xəbərinə görə, iclasda klubun rəhbərliyinə təyinatlarla bağlı qərarlar verilib. “Neftçi”nin saytı yazıb ki, klubun vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb.

Qeyd edək ki, bu qərarla indiyədək klubda vitse-prezident olan Tahir Süleymanovun “Neftçi”dəki işinə rəsmən nöqtə qoyulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right