Rusiya və Azərbaycan milli komandaları arasında keçirilmiş beynəlxalq yoldaşlıq oyununda millimiz 4:0 hesabı ilə məğlub olub.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Fabio Kapello gənc futbolçularının oyunundan razı qaldığını bildirib:
“Sürətli oynamağa çalışırdıq. Gənclərin oynaması, hər iki komandanın zədə üzündən heç kimi itirməməsi yaxşı oldu. Bu arenada ot örtüyü yaxşıdır. Gənclərin komandaya nə verə biləcəyini bilirəm. Bu gün gördüm ki, onların gələcəyi var”.