Rusiya və Azərbaycan milli komandaları arasında keçirilmiş beynəlxalq yoldaşlıq oyununda millimiz 4:0 hesabı ilə məğlub olub.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts məğlub olmaqlarına baxmayaraq komandasına inandığını bildirib:
“Rusiya millisini təbrik edirəm. Rəqib bizdən həm taktiki, həm texniki cəhətdən güclü idi. Görmək istəmədiyim xeyli səhvlər gördüm. Belə oyunlarda bəzi eksperimentlər edirik. Əks halda, yoldaşlıq oyunlarının mənası olmaz. Bu gün rəqib tək psixoloji cəhətdən yox, həm də sürət baxımından üstün idi.
Xüsusən, ev oyunlarında biz bütün güclü rəqiblərə sürpriz etməyə qadirik. Mən komandama inanıram.
Hələ bu oyunadək Bolqarıstan yığması ilə görüşə çıxacaq start heyəti haqda fikirlərim var idi. Amma bu gün bütün suallara aydınlıq gəldi”.