Millimizin baş məşqçisi: "Qələbə qazandığımız üçün şadam"

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində  Azərbaycan İsrail millisini 3:0 hesabı ilə məğlub edib.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında milli komandamızın baş məşqçisi Bernhard Lippert qələbə qazandıqları üçün şad olduğunu bildirib:
 
“Bu oyuna təzyiq altında çıxdıq. Çünki ilk oyunda rəqibə böyük hesabla uduzmuşduq. Etiraf edim ki, bu, karyeramdakı ən biabırçı məğlubiyyət idi. Müdafiədə etibarlı oynadıq, eləcə də rəqibi əks hücumlarda cəzalandırdıq. Təbii ki, qələbə qazandığımız üçün çox şadam. Amma hesab arasındakı fərq daha böyük ola bilərdi. Xeyli qol vəziyyəti yaratsaq da, bundan faydalana bilmədik”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right