İsrailin baş məşqçisi etiraf etdi: "Azərbaycandan belə oyun gözləmirdik" AÇIQLAMA

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində  Azərbaycan İsrail millisini 3:0 hesabı ilə məğlub edib.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Mixael Nees bir neçə epizodda bəxtlərinin gətirmədiyini bildirib:
 
“Azərbaycan yığması bu gün yaxşı oynadı. İlk oyunla müqayisədə bu gün onlar əla təsir bağışladılar, əvvəlki oyunlarda belə çıxış etmirdilər. Amma bu dəfə fərqli oyun sərgilədilər. Ola bilər, komandam bir qədər arxayın idi. Lakin biz Azərbaycandan belə oyun gözləmirdik. Hər iki komanda bir-birini çox yaxşı tanyırdı. Etiraf edim ki, futbolçularım potensiallarından zəif çıxış etdilər. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right