Elmar Baxşıyev: "Qarabağ"ın imkan verdiyi qədər oynadıq"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunun “Qarabağ”la oyunundan sonra mətbuat konfransında iştirak edib. 

Newsport.az-ın məlumatına görə, qonaq komandanın baş məşqçisi oyun haqda danışıb:

"Bilirdik ki, çətin oyun olacaq. “Qarabağ”ın reklama ehtiyacı yoxdu. Çempionatımızın çempionluğa layiqli lideridi. Oyundan öncə də komandanı ağır oyuna hazırlayırdıq və inanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirəcək. İlk hissədə düşündüklərimizi yerinə yetirməyə çalışırdıq. Təbii ki, “Qarabağ”ın imkan verdiyi qədər oynadıq. Amma “Qarabağ” fasilədən sonra tempi artırdı və müdafiədə boşluqlar verdik. Onlar bundan yararlandı.

- Qırılma nöqtəsi nə oldu?
- Omar Hanni meydandan çıxdı. Oyunöncəsi daha çox Omarın üstündə dayanmışdıq. Qırılma nöqtəsi “Qarabağ”ın bizə göstərdiyi təzyiqdən sonra baş verdi. "Qarabağ"ın imkan verdiyi qədər oynadıq.

- Qapıçının səhvləri nə qədər həlledici oldu?
- Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv edir ki, qapında qol görürsən. Nicat inandığım qapıçıdı. Qarşıdakı oyunlarda da onun üzərində dayanacam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right