Böyükağa Hacıyev istefa verdi, rəhbərlik qəbul etdi

Bu gün “Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. 
 
Newsport.az saytının məlumatına görə, klubun prezidenti öz növbəsində onun istefasını qəbul edib. Klubumuz adından Böyükağa Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
 
Təcrübəli mütəxəssis istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
“Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right