"Qarabağ"ın yeni transferi Bolqarıstan klubu ilə vidalaşıb

"Qarabağ"ın yeni transferi Leandro Andrade Bolqarıstanın "Çerno More" klubu ilə vidalaşıb.

Newsport.az məlumatına görə, 23 yaşlı cinah yarımmüdafiəçi bu barədə instaqram hesabından paylaşım edib.

Portuqaliyalı oyunçu 1,5 il çıxış etdiyi Bolqarıstan təmsilçisində unudulmaz xatirələr və ömürlük dostlar qazandığını yazıb: "Mənə verilən fürsətə görə baş məşqçiyə təşəkkür edirəm. Komanda yoldaşlarıma və mənə dəstək olan bütün azarkeşlərə minnətdaram. Kluba və onunla əlaqəsi olan bütün insanlara uğurlar arzulayıram".

Qeyd edək ki, "Qarabağ" Leandro Andrade ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right