Azərbaycan millisinin üzvü Super Liqada klubunu dəyişdi

19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Emre Kaplan Türkiyədə klubunu dəyişib.

Newsport.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Super Liqa klubu “Hatayspor”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan futbolçu, Hatay təmsilçisinə icarəyə verilib. O, qarşıdakı 1.5 ili məhz bu komandada keçirəcək.

Emre Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarında 3 rəsmi oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right