"Qəbələ"nin yeni transferindən paylaşım

"Qəbələ”nin yeni transferi Patrik Robson "İnstaqram" səhifəsində paylaşım edib.

Newsport.az-ın məlumatına görə, o, “Admira Vakker”dən ayrılığı və “Qəbələ”yə keçidi barədə yazıb: “Bundesliqada oynamaq uşaqlıq arzum idi. Bu arzumu həyata keçirmək imkanı verdiyi üçün “Admira Vakker”ə təşəkkür etmək istəyərdim! Bu kluba həmişə minnətdar olacağam! İndi başqa yerdə özümü sınayacağam. "Admira Vakker"ə mövsümün qalan hissəsində uğurlar arzulayıram! Təşəkkür edirəm “Admira!" 

“Admira Vakker” isə futbolçunun paylaşımına bu cür reaksiya verib: "Gələcəyin üçün ən yaxşısı olsun".

Qeyd edək ki, P.Robson 1.5 illik icarə əsasında "Qəbələ"də oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right