"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yaydı

"Legiya" klubun futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

Newsport.az-ın məlumatına görə, bəyanatda millimizin üzvünün müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu vurğulanıb: "Nəzərinizə çatdırırıq ki,Mahir Emrelinin  müqaviləsi var və o, klubun oyunçusudur. "Legiya" dəfələrlə futbolçunu kluba qayıtmağa və müqavilə üzrə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb və ona lazım olan bütün dəstəyi təklif edib. 

Klub Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub onların məxfiliyini və danışıqların yaxşı tərəflərini nəzərə alaraq, onların məzmununu və nəticələrini açıqlamayacaq".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onunla Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klublarının maraqlandığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right