Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında yarışan 6 klub qış hazırlığını bir hissəsini Türkiyədə keçirir (keçirəcə). Bunlar "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt"dır. "Səbail" və "Keşlə" isə maliyyə problemlərinə görə məşqlərini Bakıda davam etdirir.
Təmsilçilərimiz Antalya toplanışı çərçivəsində bir neçə yoxlama oyunu keçirəcək. Oyunların təqvimini təqdim edirik:
13 yanvar
"Zirə" - "Peç" (Macarıstan)
14 yanvar
"Neftçi" - “Kişvarda” (Macarıstan)
"Qarabağ" - "Qaz Metan" (Rumıniya)
15 yanvar
"Sabah" - “Pakş” (Macarıstan)
16 yanvar
"Sumqayıt" - "Uypeşt" (Macarıstan)
18 yanvar
"Qəbələ" - "Zaqlembe" (Polşa)
19 yanvar
"Neftçi" - “Visla” (Plotsk, Polşa)
20 yanvar
"Zirə" - “Qurnik” (Polşa)
21 yanvar
"Qarabağ" - "Şlyonsk" (Vroçlav, Polşa)
"Qarabağ" (ikinci heyət) - "Batska Topola" (Serbiya)
"Qəbələ" - "Borets" (Şimali Makedoniya)
24 yanvar
"Neftçi" - "SSKA - 1948" (Bolqarıstan)
"Zirə" - “Breqalnitsa” (Şimali Makedoniya)
"Qəbələ" - “Bohemians" (Çexiya)
25 yanvar
"Qarabağ" - Visla” (Polşa)
"Qarabağ" (ikinci heyət) - "Tatran" (Slovakiya)
"Sabah" - “Mladost” (Luçani, Serbiya)