Qurban Qurbanov məhşur futbolçunu istəmədi

“Trabzonspor”dan qovulan Florent Maluda “Qarabağ” tərəfindən istənməyib.

Newsport.az saytının məlumatına görə, təcrübəli ulduz Florent Maluda skautlar tərəfindən Qurban Qurbanova təklif edilib. Ancaq “Qarabağ”ın meneceri bu transferin reallaşmasını istəməyib. Səbəb isə Maludanın yaşlı olmağıdır.

35 yaşlı futbolçu karyerasına 17 yaşında “Şatora” klubunda başlayıb. 21 yaşında “Genqamp”a keçən yarımmüdafiəçi burada 3 il çıxış edib. O 24 yaşında “Lyon”a keçib ki, elə orada məşhurlaşıb. 28 yaşında isə Maluda karyerasının pik nöqtəsinə, “Çelsi”yə transfer olunub. 34 yaşına qədər burada forma geyən fransız ulduz ötən mövsümü “Trabzonspor”da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right