Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Qəbələ” oyunundan öncə yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunub. MOİK-in futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zaqatala” – “Səbail” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.