“Neftçi”nin legioneri milliyə dəvət aldı

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət alıb.

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun B qrupu çərçivəsində baş tutacaq Malavi, Seneqal və Zimbabve ilə oyunlara çağırılıb.

Sözügedən qrupun qarşılaşmaları müvafiq olaraq, 10, 14 və 18 yanvarda keçiriləcək.

Qvineya yığması bu turnir ərəfəsində Ruanda ilə yoxlama oyunları da keçirməyi planlaşdırır. Sınaq matçlarının yanvarın 2-də və 6-da keçirilməsi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right