“Qəbələ” klubuna yeni baş menecer təyin olunub.
Newsport.az xəbər verir ki, bu vəzifəyə klubun İdman Akademiyasının direktor müavini olmuş Nail Kərimov gətirilib. N.Kərimov bu gün yeni statusda AFFA-nın Klublar Komitəsinin iclasına qatılıb.
Qeyd edək ki, bunadək “Qəbələ”nin baş meneceri olmuş Zaur Əzizov isə fəaliyyətini “Neftçi”də davam etdirəcək. Onun paytaxt klubunun baş menecerliyinə gətirildiyi, vəzifəsinin icrasına 2022-ci ilin yanvarın 1-dən başlayacağı bildirilir.