“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq kapitanları Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə”nin bu mövsümkü oyununu dəyərləndirib.
Newsport.az xəbər verir ki, “Zirə”yə qarşı Premyer Liqanın 14-cü turun dünənki qarşılaşmasından (2:0) sonra təcrübəli mütəxəssis rəqibləri barədə fikir səsləndirib.
“Rəşada uğurlar arzulayıram. Həqiqətən onun komandası möhtəşəm ilk yarı keçirdi. Çox yaxşı oyun üslubu, meydanda düşüncə tərzi var” – deyə o bildirib.