“Keşlə” daha bir futbolçu ilə yollarını ayırdı

“Keşlə” daha bir futbolçu ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi seneqallı yarımmüdafiəçi Omar Qudiabi ilə vidalaşıb.
 
Yayda transfer edilən 27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Qudiabi böyük ümidlərlə transfer edilsə də, əsas heyət üzvünə çevrilə bilməyib. Seneqallı futbolçu bu komandanın heyətində Premyer Liqada cəmi 7 matça çıxıb.
 
“Keşlə” Omara qədər daha 3 futbolçu - Nicat Qurbanov, Anatole Abanq və Con Kamaranın xidmətindən imtina edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right