Polşa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
Newsport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Varşavalılar təxirə salınmış oyunda “Zaqlembe”ni qəbul edib.
Ev sahibləri bu matçda 4:0 hesabı ilə qalib gəlib.
Mahir bu görüşün iştirakçısı olmayıb, onun adı iştirak ərizəsinə daxil edilməyib.
“Legiya” bu qələbədən sonra xallarının sayını 15-ə çatdırıb və hazırda 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Varşava təmsilçisinin ehtiyatda daha bir oyunu var.