“Qarabağ” Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.
Newsport.az saytının məlumatına görə, Ağdam klubu bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.
21 yaşlı hücumçu “köhlən atlar”ın heyətində 97 nömrəli formanı geyinəcək. Lakin tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna “Minay”ı olub.