"Keşlə" Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "ASK Arena"da "Səbail"lə qarşılaşır.
Newsport.az-ın məlumatına görə, bu görüşdə meydan sahibləri ciddi itki ilə üzləşib. Belə ki, sağ cinal müdafiəçisi İlkin Qırtımov zədələnib. Kapitan oyunu davam etdirə bilməyib və 14-cü dəqiqədə onun əvəzinə meydana Tural Axundov daxil olub.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Keşlə" - "Səbail" matçında hesab açıqlmayıb.