Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.
Newsport.az-ın məlumatına görə, turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk oyunu "ASK Arena"da keçiriləcək. Burada meydan sahibi "Keşlə" "Səbail"i qəbul edəcək. Görüş saat 16:00-da start götürəcək.
İkinci oyunda isə lider "Qarabağ" öz meydanında "Sabah"ı sınağa çəkəcək. "Azersun Arena"da keçiriləcək matç saat 18:15-də başlayacaq.
Azərbaycan Premyer Liqası, 13-cü tur
4 dekabr
18:15. “Qarabağ” – “Sabah” - 5:1
Qollar: Abdullah Zubir, 16 (1:0), Bəxtiyar Həsənalızadə, 27 (1:1), Ozobiç, 35 (2:1), Zubir, 51 (3:1), Vadji İbrahima, 77 (4:1), 90 (5:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Bakı. “Azərsun Arena”
16:00. “Keşlə” – “Səbail” - 2:2
Qollar: Felipe Santos, 45+7 pen. (1:0), Anatole Abanq, 46 (2:0), Rahid Əmirquliyev, 66 (2:1), Camal Araqo, 90+5 (2:2)
Qırmızı vərəqə: A.Abanq, 61 ("Keşlə")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Bakı. “ASK Arena”