AFFA-dan Ramal Hüseynova 15 oyunluq cəza

AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda baş verən neqativ hallara da hüquqi qiymət verilib.

Newsport.az xəbər verir ki, U-16 Liqasının ROFM – “Səbail” oyununda matçın 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulub.

Qeyd edək ki, milli komandamızın sabiq üzvü paytaxt klubunda seleksiyaçı kimi çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right