Namik Ələskərovun komandasının kubokda rəqibi müəyyənləşdi

Türkiyə Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

 

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nakim Ələskərovun çıxış etdiyi "Bursaspor"un da bu mərhələdəki rəqibi müəyyənləşib. "Timsahlar" 1/8 finala yüksəlmək üçün Super Liqa təmsilçisi  "Qaziantep"lə mübarizə aparacaq.

 

1/16 final mərhələsinin oyunları 28, 29, 30 dekabr tarixlərində baş tutacaq. Bu mərhələ bir matçdan ibarət olacaq və görüş Qaziantepdə baş tutacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah