"Qarabağ" - "Sabah" matçında kimlər oynamayacaq?

Premyer Liqanın 13-cü turunda “Qarabağ”la “Sabah” üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, hər 2 komanda oyuna itkilərlə çıxacaq.

“Qarabağ”ın heyətində Xayme Romero, Qaspar Panadero və Bədavi Hüseynov hələ də, zədədən qayıtmayıb. 

Qonaq komandanın heyətində də zədəli olanlar var. Belə ki, Xulio Rodriqes zədəlidi. Kristian Sebalyos və Səlahət Ağayevin də oynayacağı sual altındadı. Mixail Erqemlidze isə koronavirus səbəbindən karantinə alındığından oyuna yetişə bilməyəcək. 

Eyni zamanda Coy-Lans Mikkels ümumi qrupa qoşulub.

​“Qarabağ” – “Sabah” oyunu dekabrın 4-də “Azərsun Arena” stadionunda saat 18:15-də başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right