Bu gün milli komandamız növbəti yoldaşlıq görüşünə çıxacaq.
Newsport.az saytının məlumatına görə, yığma komandamız Moskvada Rusiyanın qonağı olacaq.
Ölkəmizi təmsil edən əsas komanda AVRO-2016-nın seçmə mərhələsinin ilk oyunu öncəsi səfərdə Rusiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Arena Ximki”də Bakı vaxtı ilə saat 20:00-da start verəcək Rusiya – Azərbaycan oyununu özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək.
Yoldaşlıq oyunu
3 sentyabr
20:00. Rusiya – Azərbaycan 4:0
Qollar: Aleksandr Kerjakov, 6 (1:0), 11 (2:0), Sergey İqnaşeviç, 41 (3:0), Vladimir Granat, 78 (4:0)
Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov (hamısı Özbəkistan)
Moskva. “Ximki Arena” stadionu