"Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Lester"lə oyundan əvvəl ingilis dilində paylaşım edib.
Newsport.az xəbər verir ki, matçın keçiriləcəyi "Kinq Pauer" stadionundakı məşqdən şəkillərini paylaşan millimizin üzvü yazıb:
"Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm".
Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" görüşü saat 00:00-da başlayacaq. M.Emreli Polşada "Lester"ə qalib gəldikləri ilk matçda komandasının yeganə qolunun müəllifi olub.