Millimizin oyunu Alinaya tapşırıldı

Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində evdə Rusiya yığması ilə keçirəcəyi oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Referi İonela Alina Peşuya laynsmanlar qismində Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Cristina Mariana Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right