“Xəzər Lənkəran”ın sabiq məşqçisi Bundesliqa klubunda

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Erik Roketa Almaniya Bundesliqasında çalışacaq. Newsport.az xəbər verir ki, hazırda Meksika “Qvadalahara”sında köməkçi-məşqçi kimi işləyən 37 yaşlı ispan mütəxəssisə “Bayer” (Leverkuzen) klubu təklif göndərib.
 
Roketa artıq məsələ ilə bağlı Meksika təmsilçisinin rəhbərliyi ilə görüşüb. Klub onun gedişinə razılıq verib.
 
Erik Roketa 2012/2013 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçi Yunis Hüseynovun köməkçisi olub. Hüseynovun gedişindən sonra 2012-ci il noyabrın 1-də Roketa komandaya müvəqqəti baş məşqçi təyin olunub. Noyabrın 14-də o, postunu Karles Bakesə təhvil verib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right