“Qarabağ”ın Dnepropetrovskda oynamayacağı dəqiqləşdi

Avropa Liqasında “Qarabağ”la “Dnepr” arasındakı səfər matçının Dnepropetrovskda keçirilməyəcəyi dəqiqləşib.

Newsport.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə,  Ukrayna klubları ilə bağlı qərarını açıqlayan UEFA siyasi gərginliklə əlaqədar olaraq Dnepropetrovsk, Xarkov və Odessada Avroliqa matçlarının oynanılmasına qadağa qoyub.

"Dnepr"in Avroliqadakı ev oyunlarını Kiyevdə keçirəcəyi gözlənilir.

Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə Bakıdakı matçı oktyabrın 2-i, səfər matçı isə həmin ayın 23-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right