“Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırıldı

“Neftçi”nin “Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırılıb.

Newsport.az-ın məlumatına görə, bundan sonra bazanın 4-cü meydançasında keçiriləcək matçları 210 nəfər azarkeşin izləməsi mümkün olacaq.

I Divizion komandalarının meydanında tribunaların olması PFL-in tələblərindən biridi. I Divizionda mübarizə aparan “Neftçi”nin əvəzediciləri ilə yanaşı, U-19, U-17, U-16 və U-15 komandaları da uyğun olaraq təşkil olunan liqalarda ev oyunlarını “Türk Hava Yolları Futbol Mərkəzi”nin 4-cü meydançasında keçirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right