Emin Mahmudov: "Hər oyun uduzmaq bizə də xoş deyil"

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Qətər yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, “Neftçi”nin futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər. Hər matçda uduzmaq bizə də xoş deyil. Uzun müddətdi qələbə qazanmırıq. Futbolumuz inkişaf etsə, biz də inkişaf edəcəyik. Bunun isə bir səbəbi yoxdu”.

Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər matçına saat 21:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right