"Neftçi" heyətlə bağlı ciddi qərarlar verməkdədir.
Newsport.az saytının Rekord.az saytina istinaden yaydıqı məlumata görə, paytaxt klubu Bruno Bertuççinin ardından Ernest Nforu da göndərməyə qərar verib.
"Simurq"la oyunda ilk "18-liy"ə salınmayan kamerunlu futbolçunun zədə səbəbindən tribunada əyləşdiyi deyilsə də əslində hücumçunun heç bir zədəsi yoxdur. Sadəcə, son zamanlar onun zəif oyun göstərməsi, nizam-intizamı tez-tez pozması rəhbərliyin belə qərar verməsinə səbəb olub. Bundan başqa, "Neftçi"nin Avropa Liqasının qrupuna düşə bilməməsi də bu qərarda öz sözünü deyib. Belə ki, rəhbərlik qrupa düşə bilməyən legionerlərə əlavə pul xərcləmək istəmir. Böyükağa Hacıyev onların əvəzinə yerli futbolçuları oynatmağı düşünür.