De Byazi milliyə 24 futbolçu dəvət etdi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq qarşılaşması və Qətərlə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

 

Newsport.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib. 

 

Millimiz noyabrın 11-də Lüksemburqu, 3 gün sonra isə Qətəri qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq hər iki görüş saat 21:00-da başlayacaq.

 

Qapıçılar: Mehdi Cənnətov ("Zirə"), Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi "Qarabağ")

 

Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə Qarabağ, Azər Salahlı ("Keşlə"), Mert Çelik
("Neftçi"), Höccət Haqqverdi, Tellur Mütəllimov ("Sumqayıt"), Bəxtiyar Həsənalızadə, Amin Seydiyev ("Sabah"), Anton Krivotsyuk ("Visla" Plok, Polşa), Cəlal Hüseynov ("Zirə")

 

Yarımmüdafiəçilər:  Qara Qarayev, Filip Ozobiç ("Qarabağ"), Çoşqun Diniyev ("Zirə"), Vüqar Mustafayev ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi"), 

 

Hücumçular: Rüstəm Əhmədzadə ("Minay" Ukrayna), Namik Ələskərov ("Bursaspor" Türkiyə) Renat Dadaşov ("Tondela" Portuqaliya), Ramil Şeydayev ("Qarabağ"), Mahir Emreli ("Legiya" Varşava, Polşa), Araz Abdullayev ("Etnikos" Kipr).

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right