Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi" haqqında sərəncam imzalayıb.
Newsport.az-ın məlumatına görə, "Zirə"nin üzvü Şəhid İlqar Burcəliyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
İlqar Bürcəliyev bundan əvvəl “Vətən uğrunda” medalı ilə də təltif edilmişdi.
Qeyd edək ki, "Zirə"nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev "Zirə"nin əsas komandasında çıxış edir.