Lüksemburq millisinin futbolçusu Lars Jerson DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu buraxacaq.
Newsport.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, ölkənin "Vikinq" klubunun müdafiəçisi çempionat oyununda zədələnib. Bu səbəbdən o, Azərbaycan və İrlandiya ilə görüşlərdə iştirak etməyəcək.
Qeyd edək ki, Lüksemburq noyabrın 11-i Azərbaycanın qonağı olacaq. Komanda noyabrın 14-də isə İrlandiyanı qəbul edəcək.