“Qarabağ”ın sabiq hücumçusu Nikoloz Gelaşvili “transfer pəncərəsi”nin sonlarında özünə yeni klub tapıb.
Newsport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu karyerasını bundan sonra Albaniya Superliqasında davam etdirəcək.
Gürcü futbolçu “Flamurtari”də çıxış edəcək. Gürcüstan yığmasının da hücumçusu Vlore təmsilçisi ilə sonradan artırılmaq şərti ilə 1 illik müqavilə bağlayıb.