İsa Atayev: "Qolları buraxdıqca, ruhdan düşdük"

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Liqeni”ilə qarşılaşan “Araz-Araz-Naxçıvan”ın heyətində dul edən İsa Atayev Azərbaycan Futbol Federasiyasına müsahibə verib.

 

Newsport.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Dubl etdiyin oyunla bağlı hansı məqamları qeyd etmək istərdin?

- Maraqlı qarşılaşma oldu. Yaxşı başlamışdıq. Düzdür, elit-raunda çıxmaq baxımından görüş komandaların heç biri üçün əhəmiyyət kəsb etmirdi. Sadəcə, reytinq xalları qazanmaq üçün mübarizə aparırdı hər iki tərəf. Ardıcıl 4 qol vurduq, sonra bir qədər rahatlaşdıq və fərq 2 topa endi. Amma ikinci hissədə 6:2 hesabı ilə öndə olduğumuz matçı yekunda heç-heçə bitirməyimiz…Nə baş verdi anlamadım, sanki 30 dəqiqə biz oynadıq, son 10 dəqiqədə onlar bunun əvəzini çıxdılar.

 

- Futzalda 4 top fərqi elə də üstünlük sayılmır. Bu qədər arxayınlaşmağa əsas nə idi?

- Fikirləşdik ki, 4 top fərqi ilə irəlidəyik, yəqin yenə vuracağıq. Amma qolları tez-tez buraxdıq. Hansı ki, qalib gəlməyimiz mümkün idi.

 

- Elit-raunda yüksəlmək baxımından heç bir əhəmiyyət daşımaması oyuna konsantrasiyanı azaltmamışdı?

- Motivasiya baxımından mənfi təsir göstərdi. Birinci oyundakı konsantrasiya bugünkü matçda olsaydı, bunları fərqli hesabla yenərdik.

 

- Kosovo çempionunun fərqli tərəfi nə idi?

- Fərdi oyunçuları seçilirdi. Driblinqləri yaxşıdır, təkbətək epizodlarda təhlükəlidirlər. Amma futzal dili ilə desək, hansısa taktikadan danışmaq yersizdir. Çox boşaldıq. Qolları buraxdıqca da, ruhdan düşdük.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right