Araz Abdullayev üçün 45 dəqiqə və sarı vərəqə

Futbol üzrə Kipr çempionatında 8-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə AEK (Larnaka) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Millimizin üzvü 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Etnikos” 8 turdan sonra 2 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right