Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək. Əvvəlcə “Zirə” “Keşlə”ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Günün digər görüşündə lider “Qarabağ” doğma meydanda son çempion “Neftçi” ilə qarşılaşıb. Bu görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycan Premyer Liqası
30 oktyabr
18:30. “Qarabağ” – “Neftçi” - 4:0
Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”
16:00. “Zirə” – “Keşlə” - 2:0
Qollar: Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Qırmızı vərəqə: Tural Axundov, 90+4 ("Keşlə")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu