Azərbaycanlı futbolçular eyni klubda oynayacaq

Azərbaycanlı forvard, ölkə çempionatımızda bombardir olmuş Nurlan Novruzov yenidən Nepalda oynayacaq.

Newsport.az saytının məlumatına görə, son olaraq Nepalda "Lalitpur" klubunda çıxış edən Nurlan “Maçindra” ilə anlaşıb.

Bu kluba keçəcək tək futbolçu Nurlan olmayacaq. Belə ki, onunla yanaşı U-21 yığmamızın sabiq üzvü Sadiq Quliyev də bu klubda oynayacaq. Hər iki futbolçu yaxın günlərdə Nepala yollanacaq.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah