Berti Foqts: "Bu oyunda məni ancaq qələbə qane edəcək"

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu gün Moskva şəhərindəki "Ekaterinsky Hall" otelində mətbuat konfransı keçirilib.

Newsport.az saytının məlumatına görə, baş məşqçinin fikirlərini diqqətinizə çatdırırır:

"Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, seçmə oyun öncəsi bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Şadıq ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidir. İki federasiya arasında belə razılıq əldə olunub.

Bu oyun Rusiya yığması üçün də ciddi sınaqdır. Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir.

Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil. Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam.

Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu, mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right